Ölkə 17:04 16.08.2013

Gəncədə maşın iki piyadanı vurdu

Gəncədə baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncə-Göygöl yolunda baş verib. Qəbələ rayon sakini, 1987-ci il təvəllüdlü Həmzə Babaşov idarə etdiyi “VAZ 21124” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən iki piyadanı vurub. Hadisə nəticəsində 1983-cü il təvəllüdlü Ruslan İbrahimov dünyasını dəyişib, 22 yaşlı Hikmət Musazadə isə ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin araşdırma aparılır.

Qaynar.info