İdman 14:17 02.07.2014

Gəncədə velosiped parkı istifadəyə verildi – FOTOLAR

Velosiped yolunun uzunluğu 17 km-dir.

Gəncədə velosiped həvəskarlarının rahatlığını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Parkının yanında velosiped yolları istifadəyə verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, burada velosiped kirayələmə məntəqəsi də fəaliyyət göstərir.

Günün istənilən saatında velosiped həvəskarları ümumi uzunluğu 17 km olan yollarda velosiped sürmək imkanına malikdirlər.(Trend)

Qaynar.info