Foto 12:00 05.05.2018

Gəncədə bina yandı: FHN-in 2 əməkdaşı ağır xəsarət aldı (YENİLƏNİB/FOTOLAR)

Cəncədə yaşayış binasında baş verən yanğın söndürülb. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev pospektində yerləşən 2 mərtəbəli binada başlayan yanğının söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb.

Yanğının söndürülməsində iştirak edən Gəncə Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürəni - 30 yaşlı Zirəddin Məmmədov və 29 yaşlı Namiq Lələyev xəsarət alaraq Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib. 

***11.04

Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb. Bunlar Göygöl rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləlləyev Namiq Əbulfəz oğludur. Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıblar. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.

Sakinlər təxliyyə olunub. Yanğının başvermə səbəbləri araşdırılır.
 
FOTOLAR: ARB TV