Ölkə 12:14 16.11.2013

Gəncədə yol qəzası: iki nəfər xəsarət alıb - FOTO

Ötən gecə Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvarı yol nəqliyyat qəzası baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev  prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.

Gəncə şəhər sakini, 29 yaşlı Üzeyir Məmmədov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə prospektlə hərəkətdə olarkən şəhər sakini, 25 yaşlı Novruz Ağayevin idarə   etdiyi “VAZ-2107” markalı minik maşını ilə toqquşub.

Zərbənin gücündən “VAZ-2107” aşıb, “Fiat Doblo” isə yolun kənarında dayan başqa bir “VAZ 2107”-yə dəyib. Qəza zaman hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta ağırdır.

Faktla bağlı Gəncə şəhər baş polis idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.

Qaynar.info