İdman 13:14 11.01.2018

Gənclər arasında "Peyntbol turniri" keçiriləcək

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan), Milli Olimpiya Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə 2 fevral "Gənclər günü"nə həsr olunmuş gənclər təşkilatları arasında "Peyntbol turniri" keçiriləcək.

Turnirdə iştirak etmək istəyən gənclər təşkilatları 15 yanvar 2018-ci il tarixinə qədər [email protected] e-poçt ünvanına müraciət edə bilər.