Ölkə 13:26 07.05.2013

Gənclər sammit keçirdi

Avropa Şurasının və İFLRY- nin birgə təşəbbüsü ilə həyata keçirilən sammit Fransanın Strasburq şəhərində baş tutub. Samitdə Dalğa Gənclər Hərəkatının nümayəndəsi Fəzilət Səmədova iştirak edib. 

Sammit zamanı müxtəlif ölkələrin nümayəndələri ölkələrindəki gənclərin insan haqları məsələlərinə aydınlıq gətiriblər. 

Həmçinin hər bir ölkədə gənclərin insan haqlarının pozulması ilə bağlı problemlərindən və ondan çıxış yollarından danışılıb.

Sammit ərzində AŞPA-nın nümayəndələri bu mövzuda mühazirə deyib. Daha sonra iştirakçılar Avropa Şurasında görüş keçiriblər.

Müxtəlif ölkələrdən Avropa Şurasının nümayəndələri gənclər üçün insan haqları mövzusunda çıxışlar edib və iştirakçıların suallarını cavablandırıblar. 

Daha sonra isə iştirakçılar Avropa Şurasının nümayəndələri ilə axşam yeməyi ediblər.

Samitin sonunda iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, İFLRY-nin növbəti tədbir iyul ayında Taivanda keçiriləcək.

Qaynar.info