Siyasət 12:46 31.07.2013

“Gəncləri azad edin” kampaniyası başladı

Azərbaycanın bir qrup gənclər təşkilatı siyasi motivlərlə tutulmuş gənclərin azad edilməsi üçün “Gəncləri azad edin” adlı imza kampaniyasına başlayıblar. Kampaniya qarşısına gənclər üçün 10 min imza toplamağı hədəf kimi qoyub. Artıq internetdə bir neçə saat ərzində mindən artıq imza toplanıb.

Təşkilatçılar imza toplamaqdan əlavə gəncləri öz xətləri və imzaları ilə üzərində “Gəncləri azad edin! Sənin imzan təsəvvür etdiyindən də güclüdür” yazılmış kağızların fotolarını çəkməyə və sosial şəbəkələrdə yerləşdirmə çağırıblar. //"Media forum"