Gənclərin bu gün İsmayıllı və Binə hadisələri ilə bağlı Bakının Fəvvarələr meydanında keçirəcəkləri aksiyanın şüarları bəlli olub. Musavat.com-un məlumatına görə, şüarlar və aksiyanın eventi sosial şəbəkələrdə yayılıb. Beləliklə, bu günkü aksiyada aşağıdakı şuarlar səsləndiriləcək:
İsmayıllı yatmayıb,
Qeyrətini satmayıb!
İsmayıllı oyaqdı,
Bakı ona dayaqdı!
Silahları rədd edin!
“Binə”dən əl çəkin!
Əxlaqımı satmıram!
İsmayıllı meydana,
Əxlaqsızlar zindana!
Qeyd edək ki, aksiya saat 15.00-a planlaşdırılır.
Şərhlər