Ölkə 11:27 11.03.2014

“Gənclik” metrosundakı dükanlar bağlanır - ETİRAZ

Bu gün səhərdən başlayaraq Bakı Metropoliteninin “Gənclik” stansiyasınının keçidlərindəki ticarət köşklərinin fəaliyyəti dayandırılır. 

Modern.az saytı bildirir ki, buradakı dükanların sahiblərinə təcili işi dayandırmaq barədə xəbərdarlıq olunub. Satıcıların verdiyi məlumata görə, onlara malların toplanması üçün 1 saat vaxt verilib. Ticarətçilər baş verənlərin səbəbini bilmədiklərini deyiblər. 

Satıcılar deyiblər ki, ötən ilin sonlarında yeni dükanların quraşdırılması üçün onlardan xeyli pul alınıb, indi isə bağlatdırırlar.

Bakı Metripolitenindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Qaynar.info