General “EuroHome”dakı yanğınla bağlı müşavirə keçirdi (FOTOLAR)

General “EuroHome”dakı yanğınla bağlı müşavirə keçirdi (FOTOLAR)

Dünən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə 10 dekabrda Binəqədidə "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş toplantı keçirilib.

Qaynarinfo xəbər verir ki, toplantıda çıxış edən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov ümumilikdə xidmətin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların daha az itkilərlə qarşısının alınması və operativ söndürülməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar geniş məruzə edib. Bildirib ki, mürəkkəb yanğınlar kateqoriyasına aid edilən bu yanğının söndürülməsi təlimata uyğun qaydada təşkil edilib, itkilərin minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev toplantıda çıxış edərək "EuroHome” tikinti materialları bazarındakı yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətini bütövlükdə müsbət qiymətləndirib, bununla belə, şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə  profilaktik tədbirlərin həyata keçirilməsi, yanğından mühafizə işinin daha da səmərəli həyata keçirilməsi və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib. 

Həmçinin, nazir müavini qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR