"General Motors" şirkətinin Çindəki distributoru "Şanxay General Motors" asqı sistemində ortaya çıxan qüsur səbəbindən oktyabrın 20-dən etibarən 3,3 milyondan çox "Buick", "Chevrolet" və "Cadillac" markalı avtomobilləri geri çağıracaq.

Qaynarinfo xəbər verir ki, problem 2013-2018-ci illər arası istehsal edilən avtomobillərdə üzə çıxıb.

"General Motors" zərərçəkmiş şəxslərlə əlaqə  saxlayaraq, nəqliyyat vasitələrinin pulsuz təmir ediləcəyini bildirib.

Müraciət mətnində sözügedən avtomobillərin asqı qollarının zaman keçdikcə deformasiyaya uğrayacağı bildirilib, lakin bu səbəbdən itki olmadığı qeyd olunub.