Siyasət 15:16 28.10.2017

Generaldan mitinq açıqlaması

"Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu günə planlaşdırdığı mitinqin təhlükəsizliyini həmişəki kimi təmin edəcək".

Bu barədə "Qafqazinfo"ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

O bildirib ki, DTX-nın məlum əməlliyyatları, mitinqdə terror aktının törədiləcəyi ilə bağlı yayılan məlumatlar onların təhlükəsizlik planlarında hər hansı bir dəyişiklik yaratmayacaq:

"Polis onsuz da hər mitinqdən öncə həmin ərazini yüksək səviyyədə nəzərdən keçirirdi. Bu dəfə də elə olacaq. Yəni təhlükəsizlik tədbirləri əvvəl  necə nəzərdə tutulmuşdusa, elə həmin şəkildə həyata keçiriləcək".

Qaynarinfo.Az