Ölkə 09:51 19.06.2019

Generalın qəbulu təxirə düşdü

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iyunun 22-də Gəncə şəhərində, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynovun Göygöl rayonunda, Komitə sədrinin müavini Əsgər Abdullayevin isə Daşkəsən rayonunda nəzərdə tutulan vətəndaşların qəbulları təxirə salınıb.

Komitədən verilən məlumata görə, bu bölgədən olan vətəndaşların qəbullarının yeni tarixi barədə əlavə məlumat veriləcək.