Maqazin 13:34 11.03.2015

“Gərək bakirəliyi mənim evimdə pozulsun” - azərbaycanlı müğənni

Müğənni Yusif Mustafayev “Hər sey daxil” verilişinin qonaq olub. 

“Qafqazinfo”nun məlumatına görə, müğənni gənclərin ailə qurma yaşından danışıb: 

“İlk dəfə 8-ci sinifdə sevmişəm. Heç nə ilk sevginin yerini vermir, ona kor sevgi deyilir. Evdə 10 uşağıq. Oğlan 25 yaşında evlənməli, qızlar  16-18 yaş arasında ərə getməlidir. Mən evlənəndə həyat yoldaşımın 16 yaşı vardı. Bəy xanımdan böyük olmalıdır.  Sənətçiyəm, kaprizlərim var. Bu günə kimi yoldaşım məndən hara gedib-gəldiyimi soruşmayıb. Yoldaşım çox ağıllıdır. Əsl Azərbaycan xanımı 16 yaşında da ailə qursa, xoşbəxt olar. Ailə müqəddəsdir. Bağışlayın məni. Mən cavan qız uşağını evimə gəlin gətirirəmsə, bakirəliyi mənim evimdə pozulmalıdır. Elə adam var 10 dəfə ailə qurur. Mən buna yaxşı baxmıram, köhnə fikirli adamam”. 

Qaynar.info