Sağlamlıq 20:54 10.05.2018

Gilasın inanılmaz faydaları

Həkimlər hər zaman mövsümi meyvələrin daha faydalı olduğunu söyləyiblər. Odur ki, yaxında yetişəcək mövsümi meyvələrdən biri olan gilasın faydaları haqqında sizə məlumat vermək istəyirik.

Qaynarinfo xəbər verir ki, gilasın saplağı bəlkə də meyvəsinin faydasından daha çoxdur. Belə ki, gilasın saplağı həzm sisteminə olduqdca faydalıdır.

Gilas saplağından hazırlanan çay kişilərdə prostat vəzin böyüməsinə, qadınlarda menstruasiya dönəmində şişikinliyi atmağa, sidik yolu və digər xəstəliklər zamanı olduqca faydalıdır. Çayı hazırlamaq üçün qabın içərisinə bir stəkan yarım su və 15 qram gilas saplağı əlavə edin. 10 dəqiqə dəmləməyə qoyun. Dəmlənmiş gilas saplağı çayını yeməklərdən əvvəl ac qarına içə bilərsiniz.

Gilas saplağının faydaları başqa nələrdir?

Arıqlamaq istəyənlərə məsləhət görülür. Suyu bədəndən toksinlərlə birlikdə uzaqlaşdırır.

Gilasın saplağında A, E, C, K vitaminləri var.

Gilas saplağı böyrəkləri təmizləyir.

Qaraciyəri gəncləşdirir.

Qanı təmizləyir.