Ekonomiks 17:17 15.04.2014

“Gillette” və “McLaren” rəsmi tərəfdaşlığını genişləndirdi

Dünyanın aparıcı kişi baxım brendi olan “Gillette”, Formula1 tarixinin ən nüfuzlu və müvəffəqiyyətli komandalarından biri olan “McLaren Mercedes” ilə əməkdaşlığı genişləndirir. 

İki brend, Dəqiqlik Texnikasına yönəldilmiş bir marketinq kampaniyası həyata keçirmək məqsədi ilə çox illik əməkdaşlıq müqaviləsi uzadmışdılar.

Tərəfdaşlıq Avropa, Yaxın Şərq və Afrikanı əhatə edir. İnnovasiya və dəqiqlik texnikası ənənəsini bölüşən “Gillette” və “McLaren”, iki brendin texnologiyanın hüdudlarını necə sınadığını vurğulayan yeni, həyacan verici bir marketinq kampaniyası üçün bir araya gəlir. Kişi təraş sinfi bu əməkdaşlıqla birlikdə yeni bir mərhələyə qədəm qoyur. 

“Gillette” və “McLaren” əsas kişi baxımı və yüksək texnologiya mütəxəssisləri olaraq daha yüksək dəqiqliyə və gücləndirilmiş səmərəliliyə nail olmaq üçün daimi yeniliklər edir. Yüksək dəqiqlik texnologiyası və qələbə şövqü hər iki brendin DNT-sində dərindən yazılmışdır. “Gillette” və “McLaren” mühəndis incəliyində liderlik edir – işığın dalğa uzunluğundan daha incə ülgüclər və ya insan saçının bir hissəsi qədər incə dözümlülüyü olan maşın hissələri yaratmaqda özünü əks etdirməsindən asılı olmayaraq.

“Gillette” müasir təraş erasında özünə yer tutmuşdur və təraş sinfini 110 ildir ki, daimi  yenidən icad edir. “McLaren” Formula 1-də ilk karbon fiber şassisinə öncülük etmişdir və on illər ərzində trekdə öncü nailiyyətlərin əldə olunmasına gətirib çıxaran inkişaf etmiş elektron sistemlərini təqdim etmişdir. 

Bu ən yaxşını əldə etmə şövqü, TV, Rəqəmsal, PR və mağaza daxili proqramları izləyən və müasir rabitə vasitələrinə malik milyonlarca kişiyə çatmaq və onları ruhlandırmaq məqsədi daşıyan qabaqcıl idman marketinq kampaniyası vasitəsilə daha da gücləndiriləcəkdir. McLaren Mercedes F1 sürücüləri Jenson Button və Kevin Magnussen, kişilərin Formula 1 sevdasını cəlb edəcək və “Gillette” baxım təcrübəsindən və üstün texnologiyasından günbəgün həzz alan milyonlarca insanı həyəcanlandıracaqlar. 

“McLaren Mercedes” Yarışlar Direktoru Eric Boullier dedi: “McLaren Mercedes” və “Gillette” arasındakı yeni tərəfdaşlığı elan edə bildiyim üçün çox həyəcanlıyam.  “Gillette” innvoasiya və dəqiqlik texnikası ilə sinonimlik təşkil edir. “McLaren” olaraq dünyanı diz çökdürən fəaliyyətimizi həyata keçirərkən, bunlar bizim əziz tutduğumuz dəyərlərdir. “Gillette” kimi ləyaqətli bir dünya brendinin “McLaren Mercedes” ilə beynəlxalq tərəfdaşlıqda iştirak etməyə qərar verməsi faktı da brendimizin gücünü və bütün dünyada milyonlarca ehtiraslı avto-idman azarkeşlərinə yetmək bacarığını göstərir.”  

“Gillette” kişilərin ən yaxşı hissləri keçirməsi və ən yaxşı olması üzrə zəngin irsə malikdir. Biz təraşda mükəmməlliyin tərəfdarıyıq. Biz bu dəyərləri “McLaren Mercedes”-dən daha çox bölüşən heç bir tərəfdaş təsəvvür etmirik” deyə “Gillette”-in Avropa, Yaxın Şərq və Afrika üzrə Vitse-Prezidenti Hossam Ashour bildirib. “40 ildən artıqdır ki, “McLaren” üstün texnika və yüksək səmərəlilik üçün yeniliklər etməkdə davam edir. Bu fakt, onların təraşda dəqiqliyin əhəmiyyətinə olan inamımızı nümayiş etdirməyimiz nöqteyi-nəzərindən ideal tərəfdaş olduğunu deməyə əsas verir.”

“Gillette” öz Rəsmi Tərəfdaşı “McLaren Mercedes” kimi öz yeniliklərinin hər birini qüsursuz  və təfərrüatla həyata keçirir; məhsulları mikroskopik ülgüc dəqiqliyi ilə hazırlayır və emal edir. Bu həmin dəqiqlikdir ki, dünya üzrə 800 milyon kişini fərqləndirir; onların ən yaxşı görünməsini, hiss etməsini və fəaliyyət göstərməsini təmin edir. “Gillette”, illərin bu çaplı texnoloji və məhsul innovasiyası ilə ən inkişaf etmiş ülgücünü – təraş dəqiqliyində və səmərəliliyində həqiqi irəliləyiş olan “Gillette Fusion ProGlide”-ı – yaratdı.

“McLaren Mercedes” haqqında

Yeni Zelandiyalı yarış sürücüsü Bruce McLaren 1963-cü ildə McLaren komandasının əsasını qoymuşdur. McLaren, Formula 1 yarışında ilk dəfə iştirak etdiyi 1966-cı ildən etibarən, 20 dünya çempionluğu və 180-dən çox qran-pri qazanmışdır. 2013-ci ildə 50 illik yubileyini qeyd edən “McLaren” indi dünyada ən uğurlu idman rəqiblərindən və dünyanın ən məşhur yüksək texnologiya brendlərindən biri kimi məşhurlaşmışdır.

 “McLaren” Qrupu böyüyərək avtomobil idmanından başqa sahələri də əhatə edir: o, son yarım əsrdən çoxdur ki, bütöv Formula 1 (2008-ci ildən etibarən), Indycar (2007-ci ildən etibarən) və Nascarda (2012-ci ildən etibarən) şəbəkələrini elektron nəzarət və məlumat sistemləri ilə təchiz edən McLaren Tətbiqi Texnologiyalarına ev sahibliyi edir və müxtəlif yüksək texnologiya sənayeləri üçün qabaqcıl həll yolları təklif edir. 

 Komanda 2014-cü il FIA Formula 1 Dünya Çempionluğu üçün 2009-cu ilin dünya çempionu Jenson Button və Kevin Magnussen sürücü cütlüyü ilə mübarizə aparır. Onlar McLaren Mercedes MP4-29 avtomobilini idarə edəcəklər. Daha ətraflı məlumat üçün www.mclaren.com səhifəsini ziyarət edin.

Qaynar.info