Dünya 22:22 23.09.2013

Girov götürülmüş 200 nəfər azad edildi

Keniyada hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Nayrobidə girov götürülmüş 200 nəfər azad edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Keniya silahlı qüvvələrinin “Twitter” səhifəsində yer alan xəbərdə bildirilir.

Xilas edilmiş 200 nəfərdən 65 nəfər xəstəxanaya yeləşdirilib. Əməliyyat zamanı həmçinin 11 hərbçi yaralanıb.

Qeyd edək ki, şənbə günü silahlı şəxslər Nayrobidə yerləşən dəbdəbəli “Westgate” ticarət mərkəzinə hücum edib.  Hücuma görə məsuliyyəti “Əl-Qaidə” ilə əlaqəli olan “Aş-Şabab” qruplaşması öz üzərinə götürüb. Hadisə nəticəsində 69 nəfər ölüb.

Qaynar.info