Dünya 21:16 03.09.2017

Gizli sənədləri yandırdılar, yanğınsöndürənlər gəldi

Dünən boşaldılan Rusiyanın San Fransiskodakı konsulluğunda yanğın xəbərinə görə yanğınsöndürənlər hadisə yerinə gəlib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qara dumanın yüksəldiyi binaya müdaxilə etmək istəyən yanğınsöndürənlər konsulluq işçiləri tərəfindən içəri alınmayıb. Əvvəlcə 35 dərəcə temperaturda qızdırıcıdan istifadə edildiyi təxmin edilib və bu təəccüb yaradıb. Sonra isə bildirilib ki, işçilər bəzi əşya və sənədləri yandırdığı üçün binadan duman yüksəlib. 

Qeyd edək ki, ABŞ San Fransisko konsulluğunu bağlamaq qərarını Rusiya ABŞ diplomatlarının sayını 755-ə endirəndən sonra cavab olaraq qəbul edib.

Gülşən

Qaynarinfo.Az