Ekonomiks 23:01 22.11.2018

Gömrük Komitəsinə 3 milyard manatadək vəsait daxil oldu

2018-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 978 milyon 496 min manat təşkil edib. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, on ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 754 milyon 738 min manat olub. İdxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 43 milyon 404 min manat, aksizlər üzrə 148 milyon 294 min manat, yol vergisi üzrə isə 32 milyon 59 min manat təşkil edib.