Texnologiya 20:17 03.12.2017

Google şirkətdən ayrıldı, öz işini qurdu

Dünyanın ən böyük şirkətlərindən olan Google bu gün hər kəsin çalışmaq istədiyi iş yerlərindən biridir. Ancaq bəzi insanlar hətta google kimi yerdə də işləməkdən imtina edirlər. Öz işini qurmaq istəyi elə Morinin də bu addımı atmağına səbəb olub…

Brit Morin iş həyatında öz istədiklərini edə bilmək üçün 25 yaşında Googledakı işindən ayrılıb. Hazırda 30 yaşında olan Morin uğurlu bir e-ticarət və sosial xəbər platformasını idarə edir.

Öz işini qurmaq

Morinin qurucusu və CEO-su olduğu Brit + Co xüsusilə qadınlara xitab edən və qadınların içlərindəki yaradıcılıqları ortaya çıxarmaları üçün tövsiyələr verən bir media şirkətidir. Şirkətin hazırda 10 milyonlarla təqibçisi var və Target, Starbucks kimi nəhəng şirkətlərlə əməkdaşlıq edir.

Şirkət eyni zamanda internet vasitəsilə dərslər göstərib qadınlara üçün məhsullar da satır.
 


Googledən ayrılmaq çətin bir qərar idi

Googledan ayrılmaq mərhələsini "həqiqətən çətin oldu” şəklində izah edən və doğru bir addım atmağından əmin olduğunu söyləyən Morin "Gənckən risk almağın ən yaxşı vaxt olduğunu düşündüm” deyir.

Öz işini qurmaq

Morin eyni zamanda öz işində müvəffəqiyyətli olmaq istəyənlərə dörd başlıca tövsiyəsini də etdi:

1. Hansı sahədə uğurlu ola biləcəyinizə qərar verin

Googleda həm məhsul idarəçisi həm də marketinq müdiri olan Morin media sənayesinin gənclərin çox marağını çəkdiyini gördüyünü və bu işdə yaxşı olacağına qərar verdiyini söyləyir.

2. Kəmərlərinizi möhkəm bağlayın!

Morin təşəbbüskar olmağın asan olmadığına və bu yolda maneələrin olduğuna diqqət çəkir və hər zaman çətin səfərlərə hazır olmaq lazım olduğunu söyləyir.

3. Doğru insanlarla çalışın

Morinə görə bir işdə uğur qazanmağın ən vacib amili doğru insanlarla çalışmaqdır.

4. Çox çalışın

Morin bir təşəbbüskarın uğur qazanması üçün ciddi və çox çalışması lazım olduğunu söyləyir.

Mənbə: bizplus.az