Texnologiya 09:11 12.10.2017

"Google" yanlışlıqla "Apple" şirkətini satın aldı, dünya qarışdı

"Dow Jones" birjasında yanlışlıqla "Google" şirkətinin "Apple" şirkətini satın aldığı elan olunub. "Qaynarinfo" xəbər verir ki, şirkətin bu alış-veriş üçün cəmi 9 milyard dollar ödədiyi açıqlanıb.

Lakin "Google"nin hökmranlığı cəmi 2 dəqiqə davam ediö. "9to5Mac" saytına verilən açıqlamada xəbərin texniki yanlışlıq olduğu və 2 dəqiqə sonra silindiyi bildiriliö Buna baxmayaraq olaydan öncə dəyəri 158 milyon dollar olan "Apple" səhmləri 155 milyona düşüb.

"Dow Jones" indeksinin rəhbərliyi səhvə görə üzr istəyərək olayın bir kiber hücum olması ilə bağlı iddiaları rədd edib. Birjanın icraçı direktoru Uilyam Levis baş verənlərin test materiallarının yanlışlıqla yayımlanmasından ibarət olduğunu deyib.

Qaynarinfo.Az