Texnologiya 15:06 23.10.2017

"Google"dan 1 milyard dollarlıq investisiya

"Google"un "Alphabet" şirkəti taksi xidməti göstərən "Lyft"ə 1 milyard dollar investisiya yatırıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Uber"in ən böyük rəqiblərindən olan "Lyft" bu günə qədər 500 milyon dəfədən çox istifadə edilib. ABŞ-da fəaliyyət göstərən şirkət əvvəllər əhalinin 54% üçün əlçatan idisə, bu miqdar artıq 95%-ə yüksəlib. 

Şirkətin dəyəri bu investisiya ilə 11 milyard dollara çatıb.
 
Gülşən
Qaynarinfo.Az