Texnologiya 18:24 11.05.2018

"Google"dan möhtəşəm yenilik (VİDEO)

"Google" hər kəsi təəccübləndirən daha bir yenilik tətbiq edib. 

Qaynarinfo xəbər verir ki, "Google" şirkəti "Google Assistant" tətbiqində ilkə imza atıb.
 
Belə ki, artıq süni intellektin köməyilə insan həyatı daha da rahatlaşacaq. Tətbiqin təkmilləşdirilməsilə insan özünə gerçək bir köməkçi qazanır. Məsələn, gedəcəyiniz gözəllik salonu, kafe, restoran, idman zalı və s. kimi yerlərdə bu köməkçinin vasitəsilə əvvəlcədən yer sifariş edə bilərsiniz. Sistem o qədər mükəmməl qurulub ki, məkanın operatoru robotla danışdığının belə fərqinə varmır. 

Bu gün üçün böyük uğur kimi qiymətləndirilən yeniliyin hər hansı mənfi fəsadları olub-olmayacağını gələcək göstərəcək. 

Nərmin Həsənli