Dünya 11:04 19.08.2019

"Grace 1" Cəbəllüttariqi tərk etdi

Ötən ay İngiltərə nəzarətində olan Cəbəllüttariq tərəfindən saxlanılan İrana məxsus "Grace 1" tankeri ölkəni tərk edib.

Qaynarinfo xəbər verir ki, yanacaqla dolu tanker Cəbəllüttariqdən Yunanıstana doğru irəliləyir. 

Hökumət ötən gün ABŞ-ın gəmini saxlama tələbini növbəti dəfə rədd edib. 

2,1 milyon barel neft daşıyan "Grace 1"in adı dəyişdirilərək "Adrian Darya 1" adlandırılıb.

Xatırladaq ki, tanker Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları pozaraq Suriyaya qanunsuz neft daşıma ittihamı ilə ələ keçirilmişdi.

Gülşən