Siyasət 16:08 23.05.2013

“Görüşlə bağlı nəsə deyə bilmərəm”

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın təşəbbüsü ilə müxalifət partiyaları bir araya toplanıb.

Qaynar.info-nun məlumatına görə, görüşdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Ümid Partiyası iştirak edir. Görüşdə hansı məsələlərin müzakirə edilməsi açıqlanmır.

Səfirlə görüşə dəvət edilməyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Qaynar.info-ya açıqlamasında deyib ki, Qərb müxalifətlə görüşlərin sayını azaldıb: “Biz həmin görüşə dəvət edilməmişik. Ona görə də görüş barədə nəsə deyə bilmərəm. Ümumilikdə deyə bilərəm ki, diplomatik nümayəndələr müxalifətlə görüşləri əvvəlki illərə nisbətən azaldıb. Əvvəlki illərdə diplomatik korpuslar müxalifətlə daha çox təmasda olurdular nəinki indi”.

İlkin
Qaynar.info