Ölkə 19:51 17.01.2019

Güclü külək Bakıda 4 nəfəri xəstəxanalıq etdi

Bakıda güclü külək bir sıra fəsadlara yol açıb.

Qaradağ rayonunda küləyin təsirindən hərəkətdə olan TIR yük maşını aşıb. Hadisə nəticəsində bir Türkiyə vətəndaşı xəsarət alıb. 

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, həmin şəxsə tibbi yaradım göstərilib, səhhətində ciddi problem olmadığından evə buraxılıb. 

Bundan başqa, "Binə" ticarət mərkəzində bir nəfərin üstünə reklam lövhəsi aşıb. O, müştərək travma alıb. Vəziyyəti orta ağırdır, həyatı üçün təhlükə yoxdur. 

Digər bir hadisə Lökbatan qəsəbəsində baş verib. Qarajda kişinin üstünə darvaza aşıb. Yerli sakin döş qəfəsinin əziyi diaqnozu ilə Neftçilər xəstəxanasına aparılıb. 

Bir nəfər isə Suraxanı rayonunda küləyin təsirindən yerə yıxılaraq baş nahiyyəsindən xəsarət alıb. Hazırda Sabunçu xəstəxanasına aparılır. Vəziyyəti normaldır.