Ölkə 09:14 23.11.2017

Güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib

Güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.

Qaynarinfo "Report"-a istinadla xəbər verir ki, təbii hadisə iri gövdəli ağacları kökündən çıxarıb.

Bununla yanaşı, şəhərdə elektrik enerjisinin ötürülməsində fasilələr yaranıb. Elektrik təsərrüfatında baş verən qəzalar şəhərin ayrı-ayrı ərazilərində elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.

M.Maqomayev prospektində, N saylı hərbi hissənin yaxınlığında və bir sıra digər itiqamətlərdə iri ağaclar gövdəsindən qoparaq yollara və səkilərə düşüb.