Foto 10:29 16.11.2018

Güclü qar ABŞ-da həyatı iflic etdi (FOTOLAR)

ABŞ-ın bəzi ərazilərində həyat güclü qar səbəbilə iflic vəziyyətə düşüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Avery" adlı qar fırtınası bəzi səfərlərin təxirə salınması ilə nəticələnib. Kentukki, İndiana, Virciniya, Ohayoda 4 mindən çox insan işıqsız qalıb. Arkanzas və Missisipidə baş verən 2 qəzada 5 nəfər ölüb. Qar yağışı səbəbilə 89 milyon insana xəbərdarlıq edilib. 

Gülşən