İdman 12:38 27.05.2013

Güləşçilərimiz 3 qızıl medal qazandılar

25-26 may 2013-cü il tarixdə Dağıstanın Mahaçqala şəhərində 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. 

İdman24.az Güləş Federasisının rəsmi saytına istinadən xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız turnirdə iştirak edib və ümumilikdə 3 qızıl medal qazanıb.

32 güləşçinin mübarizə apardığı 60 kq çəki dərəcəsində Hacı Əliyev finala qədər maneəsiz irəliləyib. Finalda dağıstanlı Artyom Gebekovu da məğlub edən güləşçimiz turniri birinci sırada tamamlayıb.

66 kq-da da 30 nəfərdən artıq iştirakçı olub və güləşçimiz Ağahüseyn Mustafayev finala qədər yüksəlib. Finalda dağıstanlı Cəlaluddin Qurbanəliyevi də məğlubiyyətə uğradan Ağahüseyn Mustafayev qızıl medala sahib olub.

Ən ağır çəkidə təmsilçimiz Aslan Dzebişov da bütün rəqiblərindən üstün olub. Finalda ukraynalı Alen Zaseyevi məğlub edən güləşçimiz turnirin qızıl medalını qazanıb.

Qalib Əliyev (60 kq) və Hacı Əlicanov (96 kq) isə turniri beşinci sırada tamamlayıb.

Xatırladaq ki, məşqçilər David Kurtsiya, Nazim Əlicanov və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə 11 güləşçimiz mübarizə aparıb. Heyətdə Hacı Əliyev, Qalib Əliyev (hər ikisi 60 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 66 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Hacı Əlicanov (96 kq), Əli İsayev, Aslan Dzebişov və Əli Maqomedabirov (hamısı 120 kq) yer alıb.

Qaynar.info