İdman 23:40 08.08.2017

Güləşçilərin maaşı ödənildi

Azərbayucan Güləş Federasiyası ilə güləşçilər arasındakı problem həll olunub.

Bu barədə  Baku.ws-ə  Federasiyadakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bu gün güləşçilərin əksəriyyətinin əmək haqları hesablarına köçürülüb. 

Qeyd edək ki, bir neçə ay əmək haqqı ala bilməyən güləşçilərlə Federasiya arasında problem yaşanmışdı. Hətta bəzi tanınmış güləşçilərin Azərbaycan yığmasından getmək istədiyi barədə məlumatlar yayılmışdı. Mənbə artıq bu anlaşılmazlığın  aradan qaldırıldığını, yığmanın ciddi cəhdlə qarşıdan gələn Dünya Çempionatına hazırlaşdığını vurğulayıb.

Qaynarinfo.Az