İdman 23:22 22.10.2018

Güləşçimiz finalda amerikalıya uduzdu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın ilk medalının əyarı müəyyənləşib.

Oxu.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Cəbrayıl Həsənov ilk dəfə mübarizə apardığı dünya çempionatının finalında amerikalı Kayl Duqlas Deyklə üz-üzə gəlib.

Lakin ikiqat Avropa çempionu, ikiqat dünya üçüncüsü olan idmançımız tapşırığın öhdəsindən gələ bilməyib. O, rəqibinə 0:2 uduzaraq gümüş medalla kifayətlənib.