Dünya 17:25 20.06.2019

Gülnarə Kərimovanı həbsxanada ayaqları bağlı saxlayırlar

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın səhhətində ciddi problemlər yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Kərimovanın İsveçrədən olan vəkili Qrequar Manja sosial şəbəkə hesabında yazıb.
 
Vəkil Zanqiota həbsxanasında saxlanılan Gülnarə Kərimovanın ayaqları bağlı saxlandığını, təzyiq probleminə görə tez-tez huşunu itirdiyini və tibbi yardımın edilmədiyini bildirib.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildə cinayətkar qruplaşmanın tərkibində xərac toplama və vergidən yayınma ittihamlarına görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra ev həbsində saxlanılan prezident qızı ötən aylarda qaydaları pozduğuna görə həbsxanaya göndərilib.

Gülşən