Siyasət 19:19 06.06.2013

Gültəkin Hacıbəyli danışdı: "Bir gün də dözün"

Sabah Milli Şura elan olunacaq. 

Qaynar.info teleqraf.com-a istinadən xəbər verir ki, Milli Şuraya daxil olan şəxslərin siyahısında sürpriz adlar da olacaq. Onlardan biri də sabiq deputat Gültəkin Hacıbəylidir. O, ötən parlament seçkilərindən sonra Ziyalılar Forumuna qatılmışdı. Bundan sonra isə onun Milli Şurada təmsil olunacağı gözlənilir.

Məlumata görə, Ziyalılar Forumunun digər təmsilçisi, akademik Rafiq Əliyev isə Milli Şuradan kənarda qalıb.

Məsələ ilə bağlı Gültəkin Hacıbəyli ilə əlaqə saxladıq. O, Qaynar.info-ya bildirdi ki, bu mövzuda danışmaq istəmir və hər şey Milli Şura təsis olunandan sonra bəlli olacaq: "Sabah Milli Şura təsis olunacaq. Orada hər şey bəlli olacaq və siz də bunu görəcəksiniz. Hələ ki özüm və Rafiq müəllim haqqında danışmaq istəmirəm. Çalışın, bir gün dözün. Sabah hər şeyi görəcəksiniz".

Cavid
Qaynar.info