Siyasət 17:11 25.06.2013

Gültəkin Hacıbəyli Milli Şuradakı fəaliyyətindən danışdı

Şuranın iyunun 21-də keçirilən sessiyasında qurumun Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri təyin olunan sabiq deputat Gültəkin Hacıbəyli MŞ-in gələn ay ABŞ-a edəcəyi səfər barədə danışıb.

O, AzNews.az-a açıqlamasında Milli Şuranın ABŞ-a nəzərdə tutulan səfəri barədə məlumatsız olduğunu, səfərdə iştirak edəcək şəxslərin kimliyi və səfər planı barədə xəbərinin olmadığını deyib. Sabiq deputat onu da bildirib ki, onun Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri olması da qurum daxilində hələ öz təsdiqini tapmayıb: “Bu məsələ qurumun iyunun 28-dəki sessiyasında yenidən müzakirə ediləcək. Mənim qeyd olunan komissiyaya rəhbər təyin olunub-olunub olunmayacağım da o zaman bilinəcək”.

Qeyd edək ki, Milli Şuraya daxil olan partiyaların rəhbərləri iyulun 10-da ABŞ səfər edəcək. Onlar birləşmiş ştatlarda konqresdə bir sıra görüşlər keçirməyi planlaşdırırlar.

Qaynar.info