Bu gün "Dreamland Baku” şəhərciyində "Lazer refraksision cərrahiyyə kursu” keçirilib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, kurs çərçivəsində "Briz-L” klinikasının oftalmoloqu Günay Əliyeva və "Magrabi Hospital” klinikasının oftalmoloqu Tamer Gamaly bir neçə mövzu üzrə seminar keçib.

Gənc oftalmoloqların iştirakı ilə keçirilən kursda Günay Əliyeva korneanın anatomiyası, korneanın topoqrafiya və tomoqrafiyası və lazer refraksion cərrahiyyəsi mövzularında çıxış edib. Kurs üçün 90 nəfər qeydiyyatdan keçib, onların içərisində cərrahlar da var. Tamer Gamaly oftalmoloq Günay Əliyevanın şəxsi dəvəti ilə məhz bu seminar üçün Bakıya gəlib. 

Seminarın sonunda müzakirələr aparılıb və kurs iştirakçılarına sertifikat təqdim olunub.