Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Qaynarinfo xəbər verir ki, federasiyanın binasında keçirilən yarışda qalib adını Günay Məmmədzadə qazanıb. O, IX turda qara fiqurlarla İsmayıl Mələkə qalib gəlib. Bununla da xallarını 8,5-ə çatdıran Məmmədzadə yenidən ölkə çempionu olub.

O, daha əvvəl - 2017-ci ildə bu adı qazanıb.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) daha əvvəl fevral ayı üçün reytinq siyahısında Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb.