Video 13:36 12.02.2018

Günay sevgilisindən danışdı: “Onun özü mənə hədiyyədir” (VİDEO)

Müğənni Günay İbrahimli "ARB Ulduz" kanalında "Şou məkan" verilişinin qonağı olub. Qaynarinfo xəbər verir ki, müğənni yeni mahnısı - "Əllərim darıxmasın”la bağlı danışıb:

"Mahnı sırf sevgi haqqındadır. Mənim mahnılarımın çoxu ayrılıqdan, sevib qovuşa bilməyənlərdən, depressiyaya düşənlərdən bəhs edir. Ancaq bu mahnı sırf gəlinlə bəy üçün, sevib-sevilənlər üçündür. Elə qarşıdan da "Sevgililər günü” gəlir. Mən bu mahnını bütün sevib-sevilənlərə həsr edirəm. Kimin ki, sevgilisi yoxdur, onlara da sevgi arzu edirəm. "Əllərim darıxmasın” mahnısının musiqisi Pərviz Mahmudov, sözləri Cəlal Qurbanov, aranjimanı isə Rəşad Bağırova aiddir. Mahnıya klip də çəkildi. Ekran işinin rejissoru isə Hüseyn Qəribovdur”. 

İfaçı klipi haqqında da fikirlərini bildirib: "Klip uzandı. Biz qarın yağmasını gözləyirdik. Mən istəyirdim ki, klip Bakıda çəkilsin. Bakıya da ki, qar yağmadı. Ona görə də Qusara yollandıq. Çəkilişlər həm Bakıda, Botanika bağında, həm də Qusarda baş tutdu. Bütün günü hava durumuna baxırdıq ki, nə zaman qar yağacaq. Hava soyuq deyildi. Qar yağsa da, hava sakit idi. Günün çıxması və batması maraqlı kadrlarla nəticələndi”. 

Uzun müddətdir, adı heç bir qalmaqalda hallanmayan Günay, şou-biznesdəki dava-dalaşları uzaqdan izlədiyini etiraf edib: "Sosial şəbəkələrə daxil olan kimi müəyyən adamların səhifəsinə baxıram. Hamı bir-birini qırır. Nolub, hara gedirsiz? Ona görə düşünürəm ki, mehriban olmaq lazımdır. Mənim də həyatımda qalmaqallar olub. Bu yaxınlarda da söz atanlar olub. İnanın ki, "it hürər, karvan keçər” deyirəm. Heç vecimə də deyil. Mən başımı aşağı salıb, işimlə məşğulam”. 

Son olaraq ifaçı sevdiyi insanın onun həyatında nələri dəyişdiyindən söz açıb: "Mənim xasiyyətimi tamam dəyişib. Təbii ki, yaxşılığa doğru. Bir söz eşidən kimi həmin sözə doğru gedən biriydim. İndi artıq belə deyil. Əsəbsiz, sakit, problemsizəm. Əvvəllər kiminləsə oturub bir stəkan çay içirdim, dərdimi danışırdım, səhər görürdüm ki, səsim-sorağım o tərəfdən, bu tərəfdən gəlir. İndi dostluqlar azalıb. İnsanlarla münasibət qura bilmirsən. Anlamırsan ki, sənə nə məqsədlə yanaşırlar, səndən nə mənfəət güdürlər? Şükürlər olsun ki, təmənnasız dostlarım yanımdadır”.