Ekonomiks 23:57 23.10.2014

Gündə bir milyon dollar qazanır

"Microsoft"un qurucusu Bill Qeytsin gündəlik qazancı açıqlanıb. Qaynar.info xəbər verir ki, amerikalı milyonçu heç bir iş görmədən hər gün 1 milyon dollardan artıq pul qazanır.

Belə ki, Bill Qeyts "Microsoft" səhmlərinin 298 milyonuna sahibdi. O, hər səhmə görə ildə təxminən 1,24 dollar əldə edir. Bu isə illik 368 milyon dollar deməkdi.

Qeyd edək ki, Bill Qeytsin ümumi sərvəti 81 milyard dollardı. O, 21 ildi "Forbes" dərgisinin dünyanın ən varlı insanları arasında birinci pilləni tutur.

Qaynar.info