Dünya 15:01 26.05.2013

Günəşin əkiz tayı tapılıb


Braziliyanın "Rio Grande do Norte" Universitetinin alimləri Günəşin demək olar ki, tam identik əkiz tayını kəşf etdiklərini bildiriblər. Bu ulduz "CoRot Sol1" adlanır.

Tədqiqat "Rio Grande do Norte" Federal Universitetindən alim Xose Dias do Nasimentonun rəhbərliyi altında aparılıb.

Günəşin əkizinin kod adı "CoRot Sol1"dir, çünki "CoRot" kosmik peykinin köməyi ilə kəşf edilib.

"CoRot Sol1" ulduzu hazırda Günəşdən ən uzaq olan ulduzdur.

Günəş kimi, onun əkizi də sarı cırtdandır. Adına uyğun olaraq, fotometriyanın yekunlarına görə, onların rəngi sarıdır, lakin insan onları subyektiv olaraq təmiz ağ rəng kimi qəbul edir. Lakin ən qaynar ulduzları insanlar mavi rəngdə görməlidir. Bu ulduzların əsas enerji mənbəyi helium hidrogenindən istilik-nüvə sintezidir.

Fərziyyələrə görə, "CoRot Sol" ulduzunun yaşı 6,7 milyard ilə yaxındır, başqa sözlə, o, Günəşdən "böyük"dür. "CoRot Sol1"in öz oxu ətrafında fırlanma dövrü 29 gün, Günəşinki isə 30 gündür. // Trend