Foto 17:55 09.11.2019

Güney Azərbaycandakı zəlzələdə yaralananların sayı 500-ü keçdi (FOTOLAR)

Dünən gecə saatlarında Güney Azərbaycanda baş verən güclü zəlzələdən yaralananların sayı 529-a çatıb. 

Qaynarinfo xəbər verir ki, Şərqi Azərbaycan bölgəsinin fövqladə hallarla mübarizə və tibbi xidmət mərkəzinin rəhbəri Fərzad Rəhman bildirib ki, yaralılardan 31-i xəstəxanaya yerləşdirib, qalanları isə ambulator müalicədən sonra evə buraxılıb. 

Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Təbrizdən 118 kilometr şərqdə yerin 2 km dərinliyində qeydə alınıb.