Video 18:00 17.06.2018

Günün ilk oyununda Serbiya qələbə qazandı (VİDEO)

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün E qrupunda mübarizəyə start verilib.

İlk oyunda Kosta Rika və Serbiya milliləri qarşılaşıb. Oyun avropalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Aleksandar Kolarovun 56-cı dəqiqədə vurduğu qol serblərə qələbə sevinci yaşadıb.

Qeyd edək ki, qrupun ikinci oyununda turnirin favoritlərindən olan Braziliya İsveçrəni sınağa çəkəcək. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22.00-da çalınacaq.
 
DÇ-2018
I tur

E qrupu
Kosta Rika - Serbiya 0:1
Qol: Aleksandar Kolarov, 56.
Kosta Rika: 1. Keylor Navas, 2. Conni Akosta, 3. Ciankarlo Qonzales, 5. Çelso Borqes, 6. Oskar Duarte, 10. Bryan Ruiz, 11. Yohan Veneqas, 15. Françisko Kalvo, 16. Kristian Qamboa, 20. David Quzman, 21. Marko Urena.
Ehtiyat oyunçular: 18. Patrik Pemberton, 23. Leonel Moreyra, 4. İan Smit, 7. Kristian Bolanos, 8. Bryan Oviedo, 9. Daniel Kolindres Solera. 12. Sol Kampbell, 13. Rodney Vallase, 14. Randall Azofeyfa, 17. Yeltsin Texeda, 19. Kendall Uaston, 22. Kenner Qutiyerres Kerdas.
Baş məşqçi: Oskar Ramires.
Serbiya: 1. Vladimir Stoykoviç, 3. Duşko Toçiç, 4. Luka Milivoyeviç, 6. Branislav İvanoviç, 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç, 11. Aleksandar Kolarov, 15. Nikola Milenkoviç, 20. Sergey Milinkoviç, 21. Nemanya Matiç, 22. Adem Lyayiç.
Ehtiyat oyunçular: 12. Predraq Raykoviç, 23. Marko Dmitroviç, 2. Antonio Rukavina, 5. Uros Spayiç, 7. Andriya Zivkoviç, 8. Aleksandar Priyoviç, 13. Miloş Velkoviç, 14. Milan Rodiç, 16. Marko Qruyiç, 17. Filip Kostiç, 18. Nemanya Radonyiç, 19. Luka Yoviç.
Baş məşqçi: Mladen Krstayiç.
Baş hakim: Malanq Diediou (Seneqal).
Samara. "Kosmos Arena".