Sənət 13:17 04.12.2017

Gürcü cazmen Bakıda konsert verəcək

Dekabrın 9-u saat 19.30-da Heydər Əliyev Sarayında Gürcüstanın ünlü caz ustası və bəstəçisi Nino Katamadzenin və "Suxuşvili” adına Gürcüstan Dövlət Rəqs Ansanblının konserti keçiriləcək.

"Azərbaycana sevgi ilə” adlı konsert proqramı boyu gürcü və klassik caz kompozisiyaları səsləndiriləcək, gürcü rəqqasların ifasında müxtəlif janrlı rəqslər göstəriləcək.

Biletləri H.Əliyev sarayından və iticket.az saytından almaq olar.