Ölkə 22:05 20.04.2018

Gürcüstan-Azərbaycan sərhədində sərhədçi güllələndi

Gürcüstan-Azərbaycan sərhədindəki postda Gürcüstan Daxili İşlər Nazirliyi sərhəd polisi əməkdaşının güllələnmiş meyiti tapılıb.

Virtualaz.org bildirir ki, bu barədə Imedi telekanalı xəbər yayıb.

İnformasiyaya əsasən, hadisə Gürcüstanın Laqodexski rayonunda qeydə alınıb.

Gürcüstan Baş Prokurorluğundan jurnalistlərə bildiriblər ki, sərhədçinin həlak olması faktı ilə əlaqədar "intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi qaldırılıb.