Siyasət 21:03 01.05.2013

Gürcüstan Azərbaycandakı səfiri təsdiq etdi

Bu gün axşam saatlarında Gürcüstanın qanunverici orqanı  Gürcüstanın 3 ölkə səfirini və Avropa Şurasındakı daimi nümayəndə vəzifəsinə namizədi təsdiq edib.

APA-nın  Gürcüstan bürosunun məlumatına görə, yenidən Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Teymuraz Şaraşenidze də parlamentin təsdiqindən keçib. Bu barədə APA-ya məlumatı parlamentin azərbaycanlı deputatı Mahir Dərziyev bildirib. Onun sözlərinə görə, Teymuraz Şaraşenidzeyə 117 deputatdan 115 nəfər səs verib, iki deputat isə parlamentin işində iştirak etməyib. “Onun əleyhinə səs verən olmayıb. Bu gün parlamentdə Zurab Pataridze Qazaxıstanda, İrakli Koplatadze Türkiyədə, Xatuna Salukvadze Litvada səfir, Konstantin Korkeliya isə Avropa Şurasındakı daimi nümayəndə vəzifəsinə təsdiq olunub. 

Xatırladaq ki,  Teymuraz Şaraşenidze Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə ikinci dəfədir ki, təsdiq olunur. 

Qaynar.info