Ekonomiks 17:03 02.09.2013

Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını artırıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 11,57 mln. ABŞ dolları dəyərində 63,69 min ton tikinti materialları idxal edib.

«APA-Economics»in məlumatına görə, bu barədə Gürcüstan Dövlət Statistika Xidmətinin aylıq hesabatında deyilir.
 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana ixrac olunan gips, angidrit və digər tikinti materiallarının həcmi 60,83% və ya 2,98 min ton artıb.
 
Müqayisə üçün bildirək ki, ötən ilin 7 ayında Gürcüstan Azərbaycandan 7,19 mln. dollar dəyərində 60,71 min ton tikinti materialları idxal edib.
 
Hesabat dövründə Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların ümumi həcmində tikinti materiallarının xüsusi çəkisi 3,63% təşkil edib. Belə ki, bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan ümumilikdə 318,56 mln. dollarlıq məhsul idxal edib. Bu müddət ərzində Gürcüstanın idxal etdiyi məhsulların ümumi həcmi isə ötən ilə nisbətən 5,1% azalaraq 4,19 mlrd. dollar olub.

Qaynar.info