Siyasət 20:04 29.03.2018

Gürcüstan da Rusiyadan olan diplomatı qovdu

Gürcüstan "Skripal işi” ilə əlaqədar Böyük Britaniya ilə həmrəylik nümayiş etdirmək üçün Rusiyadan olan diplomatı qovmaq qərarı verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tiflisdə İsveçrə səfirliyi daxilində Rusiya ilə Gürcüstan arasında əməkdaşlığa cavabdeh olan şöbənin əməkdaşından ölkəni tərk etmək tələb olunub.

"Nazirlik bu məsələ ilə bağlı Birləşmiş Karallıq və dünya ölkələri iə həmrəyliyini ifadə edir, həmçinin, Tiflisdəki İsveçrə səfirliyi daxilində Rusiya Federasiyası əməkdaşlıq şöbəsinin diplmatı "arzuolunmaz şəxs” elan edir və ona ölkəni tərk etməyə bir həftə vaxt verir” – deyə Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda belə deyilir.

Qeyd edək ki, bundan əvvəl Çernoqoriya ölkədən bir Rusiya diplomatını çıxarıb, Portuqaliya, Slovakiya və Malta isə Rusiyadakı səfirlərini müzakirələr üçün geri çağırıblar.