Siyasət 19:37 24.01.2018

Gürcüstan Ermənistanı hərbi təlimə dəvət etdi

Gürcüstanın müdafiə naziri Levan İzoriya Ermənistanın ölkədəki səfiri Ruben Sadoyanı qəbul edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, gürcü nazir bu il baş tutacaq "Noble Partner-2018” çoxmillətli təlimlərinə dəvət edib.

Tərəflər iki ölkənin hərbi sahədə əməkdaşlığı davam etdirmək barədə fikir mübadiləsi də aparıb.