Video 14:00 14.12.2019

Gürcüstan hakimiyyəti Saakaşvilinin iqamətgahını hərracda satdı (VİDEO)

Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin iqamətgahını hərraca çıxararaq satıb.

Qaynarinfo xəbər verir ki, eks-prezidentin kotteci turizm və alpinizm mərkəzlərindən biri olan Mestia kəndində yerləşir.

Kompleksin yeni sahibi özəl şirkət olub. Şirkət obyekt üçün 7,5 milyon lari ödəyib ki, bu da 2,5 milyon dollardan bir qədər çoxdur.

Alpər