İdman 23:00 18.01.2020

Gürcüstan millisinin sabiq üzvü "Sabah"da

"Sabah" heyətinə gürcü futbolçu qatır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu Georgi Qabedava ilə danışıqlar aparır. Artıq danışıqlar prosesi yekunlaşmaq üzrədi. Heç bir problem çıxmasa, "Sabah" yaxın günlərdə 30 yaşlı forvardla müqavilə imzalayacaq.

Qeyd edək ki, Georgi Qabedavanın son klubu "Saburtalo" olub. O, bu komandanın heyətində keçirdiyi 7 oyunda 1 qol vurub. 30 yaşlı hücumçu əvvəllər Gürcüstanın "Mqlebi", "Metalurq" (Rustavi), "Qaqra", "Baya", "Çizura", "Samtredia", "Dinamo" (Batumi), Ukraynanın "İlliçivets" və Polşanın "Zaqlebi" klublarında çıxış edib.

Futbolçu 2009-cu ildə Gürcüstanın U-21 yığmasında 3 oyun keçirib.