Ölkə 21:10 12.10.2017

Gürcüstan prezidenti azərbaycanlı məhbusları əfv etdi

Gürcüstan prezidenti Georgi Marqvelaşvili oktyabrın 12-də 226 məhbusun əfv edilməsi barədə fərman imzalayıb.

Azvision.az-ın məlumatına görə, fərman barədə danışan Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, əfv olunanlardan 141-i bu gün həbsxanaları tərk edəcək, 85 nəfərin isə cəzası yüngülləşdirilib.

Onun sözlərinə görə, əfv olunanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da var.

Qaynarinfo.Az